Prezident onlara ali xüsusi rütbələr verdi - Siyahı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.
Eyni zamanda Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi
Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ