31.10.2018 - 18:34
RƏSMİ
21 baxış
Prezident İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Minval.info xəbər verir ki, bu, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsi qadağasının konkretləşdirilməsi ilə bağlıdır.
Qanunun 13-cü (Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
Dəyişikliklə isə daha konkret – yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident və xanımı “Meysari Grand Hotel SPA”nın açılışında
17.09.2026 - 16:17
VACİBYollarda təhlükə artır: DYP-dən ciddi xəbərdarlıq
10.09.2026 - 22:07
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
01.09.2026 - 15:49
Birinci xanımlar Bişkekdə görüşdü - FOTOLAR
01.09.2026 - 14:24
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
01.09.2026 - 10:19
İlham Əliyev Paşinyanla görüşdü
31.08.2026 - 15:00
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
29.08.2026 - 13:19
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - VİDEO
23.08.2026 - 14:26
