“Prezidentə dedim ki, kino çəkilmir”
Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə olan xatirəsindən söz açıb.
OLAY yazır ki, sənətkar bu barədə ona həsr edilmiş “Ötən günlər” verilişində danışıb:
“Bizi Şamaxıya çağırmışdılar. Nəsiminin heykəlinin açılışı idi. Ora çatanda gördüm ki, hamı pencəkdədir, mən də gödəkçədəyəm. Dedim ki, yaxşı deyil, Prezident kostyumda durub, mən gödəkçədə çıxım? Çıxardım ki, kiməsə verim saxlasın, gördüm ki, hamısı nazirlərdir. İndi mən bunu kimə verim ki, saxla, gedirəm ora? Təzədən geyindim. Getdim cənab İlham Əliyevin yanına. Dedim ki, cənab Prezident, məni bağışlayın, bir az xəstəyəm. Dedi ki, eybi yoxdur.

Sonra mənə qayıtdı ki, Rasim müəllim, sən canlı Nəsimisən. Bu heykəl necədir? Heykəltaraşlar da Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdir, bunlar batdı. Desə ki, yaxşıdır, gedib pullarını ala bilərlər. Dedim ki, cənab Prezident, yaxşıdır, amma… Amma deyəndə bunlar ağardı ki, nə amma? Dedim ki, cənab Prezident, film də çəkilmir, yaxşı pul versələr mənə, səhərdən gəlib duraram burada – axşama kimi… Bərkdən güldü. O sözlə də çatdırdım ki, kino çəkilmir…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi