"Pozğun adamların İnstaqram profilindən..." - Murad telekanalları tənqid etdi
“Əgər bir kanal qazanmaq üçün “zövq pornosu” göstərməyə məhkumdursa, bağlansın! “Ölünü özbaşına buraxanda, kəfənini bulayır. Bəli, bu ölü – Azərbaycan mediası, ifraz olunan – mütəmadi gördüklərimiz, kəfən də ki, əhalinin zövqüdür”.
Dərgi.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Telekanalları tənqid edən sənətçi bunları qeyd edib:
“Pozğun adamların İnstaqram profilindən televiziya, radio, mətbuat fərqlənsin artıq. O fərq – peşəkarlıq, intellekt və səviyyədir. Kimdə yoxdursa, öz İnstaqramından görsün işini. Öz “Youtube”dan aparsın verilişini, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib, şirkət və təşkilatların reklam və mətbuat işlərinə. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları…
Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans bilirsiniz nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, “Reytinq olmasa, kanal dolana bilməz”. Başınıza dəysin o dolanmaq da, o reytinq də. Əyləncənin də səviyyəsi olur axı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!