"Pop-korn" satan gənc özünə yeni iş tapdı
Azneft meydanının yaxınlığındakı keçiddə “pop-korn” satan gənc İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib.
Minval.info xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib”.
Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı yaxınlığında yeraltı keçiddə “pop-korn” satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən uzaqlaşdırılması barədə məlumat paylaşmışdı.
Araşdırma zamanı məlum olub ki, həmin gənc Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda