Polşada tarixi kilsə yanğında külə döndü: Yalnız xaç salamat qaldı
Polşanın Sanok şəhərində yerləşən Xalq Memarlığı Muzeyinin ərazisində XVII əsrə aid tarixi bir kilsə yanğın nəticəsində tamamilə məhv olub.
Minval.info xəbər verir ki, yanğının söndürülməsi üçün 140 yanğınsöndürən səfərbər edilib. Əraziyə çatan yanğınsöndürənlər ilk növbədə alovun yayılmasının qarşısını almaq üçün qonşu iki taxta binanı qorumağa çalışıblar.
Hadisə nəticəsində kilsə tamamilə külə dönüb, lakin yaxınlıqdakı iki bina zərər görüb. Yanğınsöndürənlər digər bir neçə tarixi taxta tikilini alovdan xilas etməyi bacarıblar.
Yanğından mühafizə xidmətinin mətbuat nümayəndəsi, baş kapitan Pavel Qiba, hadisə zamanı bir yanğınsöndürənin xəsarət aldığını bildirib. Sanokdakı Xalq Memarlığı Muzeyi bu hadisə ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Muzeyin direktoru Marçin Krovyak, yanğından sonra kilsədən yalnız kərpic hörgüsünün və tikilidən təxminən 10 metr aralıda yerləşən taxta xaçın salamat qaldığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Rusiyada "Yandex" data mərkəzinə PUA hücumu olub