Polşa ABŞ-dan 32 ədəd F-35 qırıcı-bombardmançı təyyarə alacaq
Polşa ilə ABŞ arasında 32 ədəd F-35 qırıcı-bombardmançı təyyarələrinin alınmasına dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, Polşa sözügedən qırıcıları almaq üçün ABŞ tərəfinə 4,6 milyard dollar ödəyəcək. Razılaşmanı Polşanın Müdafiə naziri Mariuş Blaşak və ABŞ-ın bu ölkədəki təmsilçisi Jorjett Mosbaxer imzalayıb.
Sözügedən razılaşma ilə bağlı şərh verən Prezident Andjey Duda bunu Polşanın təhlükəsizliyi üçün ən vacib anlaşmalardan biri adlandırıb. Baş nazir Mateuş Moraveskiy isə öz növbəsində ölkəsinin ABŞ ilə münasibətlərinin dərinləşməsində maraqlı olduğunu vurğulayıb.
Qırıcı təyyarələrin Polşaya gətirilməsi 2024-cü ildən 2030-cu ilədək olan dövrə planlaşdırılıb. Bununla da Polşa NATO-nun F-35-ə sahib 10-cu ölkəsi oldu.
Polşa 50 ədəd F-16 qırıcısına sahibdir. İndi alınan təyyarələr isə hazırda ölkədə olan sovet istehsallı MiQ-29-ları əvəzləyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu