Polisi söyən sürücünün cəzası açıqlandı
Sürücünün yol polis inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib
Bakı şəhər BPİ-də aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonuda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi “KİA” markalı avtomaşınla Nərimanov rayonu, Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə, yol polisi tərəfindən saxlanılıb.
Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədərək, ona əl hərəkəti ilə fiziki təzyiq göstərməklə həmin yerdən uzaqlaşıb. Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sürücü Binəqədi rayonu ərazisində saxlanılaraq polisə gətirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əsəbi olduğu üçün bu addımı atdığını bildirməklə, əməlindən peşiman olduğunu və polis əməkdaşlarından üzr istəməklə anlaqsız halda olduğunu qeyd edib.
Faktla bağlı Nərimanov RPİ-də davam etdirilən araşdırma zamanı toplanmış material əsasında, F.Nəsibov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsilə məsuliyyətə cəlb olunmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda