Polis sərt karantin qaydaları pozulan “Fairmont Baku”da əməliyyat keçirir - VİDEO
“Fairmont Baku” hotelinin karantin qaydalarını pozması haqqında məlumat vermişdik.
Minval.info xəbər verir ki, az əvvəl polis tərəfindən adıçəkilən hoteldə reyd aparılıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bakının məşhur hotellərindən biri karantin qaydalarını pozub.
İyulun 2-dən Nazirlər Kabineti Yanında operativ qərargah tərəfindən bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi iyulun 20-dək uzadılsa da, “Fairmont Baku” hoteli qaydalara əməl etməyib.
Hotel həftə sonunu “Fairmont Baku”da keçirmək üçün vətəndaşlara çağırış edib. Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qeyd edək ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda

