Polis Lənkəran İcra Hakimiyyətinin iki vəzifəlisini SAXLADI
Lənkəran Şəhər İcra Hakimiyyətinin iki vəzifəli şəxsi ötən gün rayon polis şöbəsi tərəfindən saxlanılıb.
Bizim.Media-ya daxil olan məlumata görə Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoşluq edərkən saxlanılıb. İddialara görə sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb.
Məsələni dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevlə əlaqə saxladıq.
DİN rəsmisi Bizim.Media-ya açıqlamasında sürücü Anar Məmmədovun içkili halda avtomobil idarə etdiyinə görə saxlanıldığını təsdiqləyib:
“Anar Məmmədov içkili halda öz şəxsi avtomobilini idarə edib. Saxlanılan zaman sürücünün yanında sərnişin qismində Emin Quliyev də olub. Qanuni qaydada Anar Məmmədova protokol tətbiq olunub və barəsində məsuliyyət nəzərdə tutulub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək