"Polada görə hamımız serialdan ayrılacaqdıq, 2 qat pul verdilər"
“Kurtlar vadisi” serialında “Kılıç” obrazına həyat verən aktyor Attila Olqaç illər sonra etdiyi etirafıyla gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ekran işində “Polad Alemdar” obrazına həyat verən Necati Şaşmazın dini təriqət üzvü olmasıyla bağlı xəbərlərdən sonra həmkarının layihədən ayrılmaq istədiyini açıqlayıb:
“Hamımız serialdan ayrılacaqdıq. Ancaq ki, yaşamaq üçün pul qazanmaq lazımdır. Kisənin ağzını açdılar. Aldığımız pulun 2 qatını verdilər. Belə olduqda da edəcək heç nə qalmadı”.
Olqaç ekran işində “Mehmet Karahanlı” obrazına həyat verən aktyor Zafer Enginin isə 3 qat artıq məvacib tələb etdiyi üçün layihədən ölərək ayrıldığını bildirib:
“3 qat artıq maaş istədi. Prodüser olmaz dedi. Kanal isə sən 2 qatını ver, mən üzərini tamamlayaram söylədi, amma 10 bölüm sonra öldürüldü. Zafer elə getdi, yoxsa o da qalacaqdı. Erkən öldürüldü”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır