Polad Həşimovun anası ağladı: “Torpaq deyə-deyə getdi, amma görmədi” - VİDEO
“Qələbəni igid əsgərlərimizin, komandirlərimizin, generallarımızın, zabitlərimizin şücaəti nəticəsində qazandıq. Vuruşaraq torpaqları geri aldılar. Canlarını qoyub, qanlarını töküb torpaqlarımızı azad etdilər. Torpaq elə-belə azad olunmur”.
Bu sözləri şəhid general Polad Həşimovun anası Səmayə Həşimova Xəzər TV-də yayımlanan “Vaxtı gəldi” proqramında deyib. O bildirib ki, Poladın bu günləri görmədiyinə çox təəssüflənir:
“Gərək bu igidlərimizi göz bəbəyimiz kimi qoruyaq. Birinci növbədə qazilərimizin qarşısında bütün millət baş əyməlidir. “Vətən” deyə-deyə şəhid olan şəhidlərimizin qarşısında mən – Polad Həşimovun anası baş əyirəm.
Qaziləri görəndə dözə bilmirəm. Çox sağ olun, siz bizim yolumuzda qazi olmusunuz. Ruh düşkünlüyü ilə deyirəm ki, oğlum Polad Həşimov “torpaq” deyə-deyə getdi, amma alınan gününü görmədi.
Buna görə çox qürursuzam. Qazi analarına müraciət edirəm, dözümlü olsunlar. Allahın qisməti belə imiş, tale belə yazıb. Mən o ananın nə hisslər keçirdiyini, ürəyindən necə qanlar axdığını başa düşürəm. Ana olmasan, bunu başa düşməzsən.
Şəhid anaları, yəqin ki, ürəyində çox şey fikirləşirlər. Hər bir ana qucağında övlad böyüdəndə nələr fikirləşirmişlər… Onlar bu gün arzularına gəlib çata bilməyən analardır. Dözməlidirlər, Allah bütün analara dözüm versin”.
https://youtu.be/9pzZsP1ER1Q
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Duqina buna görə öldürüldü
"Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır" - Millət vəkili həkim
Ukrayna rusların yolunu bağlayır: körpü vuruldu - Foto
Parlamentdə media və sosial şəbəkələrlə bağlı müzakirə keçiriləcək