"Polad Alemdar"dan taleyüklü qərar
Polad Alemdar rolu ilə tanınan aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanmağa qərar verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Kanal D yayımlanan “2-ci Sayfa” proqramı yayıb. Necati Şaşmazın vəkili açıqlamasında bunları deyib:
“Müvəkkilim iki övladının anası Nagehan Şaşmaz ilə bütün cəhdlərinə baxmayaraq, ailə həyatını xilas edə bilməyib. Odur ki, bu gün Necati Şaşmaz boşanmaq üçün məhkəməyə müraciət edib. Necati Şaşmaz boşanma prosesinin anlaşmalı şəkildə olması üçün səy göstərib, lakin proses mübahisəli bir boşanma halına gətirildi. Ailənin məhrəmiyyəti, tərəflərin hüquqlarını və xüsusilə cütlüyün uşaqlarının psixologiyasını qorumaq üçün hər kəsdən boşanma ərzində lazımi həssaslıq göstərməyi rica edirik”.
Qeyd edək ki, 2012-ci ildə evlənən cütlüyün iki övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır