Plastik su qablarını təkrar istifadə edəndə... - XƏBƏRDARLIQ
Plastik su qablarının təkrar istifadəsi yolverilməzdir. Birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, su qablarında sonradan süd, qatıq, turşu tərkibli məhsulların saxlanması hallarını müşahidə edirik. Bu zaman plastik qabların tərkibində olan kimyəvi maddələr aktiv hala keçir və qidaya qarışır. Həmin qida yeyildikdə insan orqanizmində zərərli maddələr toplanır.
Minval.info e-tibb.az-a istinadən bildirir ki, bunu terapevt-qastroenteroloq Mətanət Cəfərova açıqlayıb.
Həkim bildirib ki, təkrar istifadəni riskli edən, həm də onların hansı yolla əldə olunması məsələsidir: “Çünki, bəzi hallarda həmin qablar zibilliklərdən yığılır. Plastik qab deyərkən, biz sadəcə, su qablarını deyil, eyni zamanda, birdəfəlik istifadə olunan çəngəl, qaşıq, bıçaq, boşqab və stəkan kimi əşyaları da nəzərdə tuturuq”.
M. Cəfərovanın sözlərinə görə, dispenserlərdə qoyulan plastik stəkanlardan yalnız soyuq su içmək üçün istifadə edilməlidir: “Həmin stəkanların isti çay, yaxud kofe üçün istifadə edilməsi yolverilməzdir. Yüksək istilik nəticəsində toksik maddələr çaya, kofeyə qarışır və birbaşa orqanizmə daxil olur. Plastik qablarda olan əsas təhlükəli maddə polivinil xloriddir ki, o təkrar istifadə və istilik nəticəsində konserogen maddəyə-vinil xloridə çevrilir. Bu qablardan davamlı istifadə bir müddət sonra ciddi fəsadlara gətirib çıxarır. Nəticədə insanlar xərçəng xəstəliyinə tutulur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq