Plastik əməliyyat etdirməsinə peşman oldu
Aktyor Tolqahan Sayışmanın aktrisa həyat yoldaşı Almeda Abazi plastik əməliyyat etdirməsi haqda ünvanına yazılan tənqidlərə cavab verib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Almeda bundan əvvəl yanaqlarına dolğu etdirdiyi, çənəsini kəsdirdiyi iddiası ilə gündəmə gəlmişdi.
Köhnə halının hələ də dillərdə dolaşmasına əsəbiləşən aktrisa ünvanlanan “Estetik gözəli olmaq necə bir duyğudur” kimi suallara əsəbiləşib. O, “Möhtəşəm, siz də edin. Bəlkə kompleksinizdən xilas olasınız” sözlərini yazıb.
Abazi “Gözünüzü harada etdirdiniz” sualına “Ağ elədiniz… Burun əməliyyatından başqa üzümdə heç nə yoxdur. Bir il əvvəl üst dodağıma iki damcı dolğu vurdurdum. Ona da peşman oldum” cavabını verib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır