PKK-çılar İsveçdə Türkiyəyə qarşı təxribat törətdilər
“Şansindan yararlan və istefa et, onda sən Taksim meydanında ayaqlarından asılmaqdan qurtulacaqsan!” Bunu Isveçdə fəalyyət göstərən “Rojakomitet” adli kurd təşkilatı öz Twitter hesabında paylaşıb.
“Yeni Müsavat”ın İsveçdə yaşayan sabiq əməkdaşı Rahib Kazımlının Feysbuk sosial şəbəkəsində yazdığı qeydlərə görə, PKK tərəfdarı olan kürd əsilli fəallar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kuklasini Stokholmun duz mərkəzinde, Nobel mukafati mərasiminin kecirildiyi şəhər şurası binasının qarsisinda asdiqdan sonra belə ediblər.
Isvecin baş naziri bunu ölkəsinin NATO uzvluyune qarşı sabotaj adlandırıb. Isvec parlamentinin sədrinin gələn həftə Ankaraya nəzərdə tutlan səfəri təxirə salınıb. Isvec səfiri Turkiye XIN-e cagirilib.
Qeyd edək ki, Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verməsi müqabilində rəsmi Stokholmdan PKK üzvləri olan və Türkiyəyə qarşı düşmənçilik hərəkətləri edən şəxslərin Ankaraya təhvil verilməsini tələb edir. İsvəç hakimiyyəti içində bu plana müqavimət göstərənlər var. PKK simpatizanları isə bu kimi addımlarla iki dövlətin arasındakı münasibəti gərginləşdirmək xətti götürüblər.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı