Xoşbəxtlikdən son anda toqquşmadan qaçmaq olur

Bakı şəhəri, Tbilisi prospektində 99 NH 093 dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomobilinin sürücüsü tərəfindən törədilən kobud qayda pozuntusu kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, nizamlanmayan piyada keçidindən keçmək istəyən xanıma hərəkətin digər iştirakçıları yol verir. Lakin, digər zolaqla hərəkət edən VAZ 2107 avtomobilinin sürücüsü piyadaya yol vermir, əksinə sürətini artırır. Xoşbəxtlikdən son anda toqquşmadan qaçmaq olur.

“Yol Hərəkəti Haqqında Qanunun” 54-cü maddəsinin 2-ci bəndində qeyd edilir. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

Avtosfer.az olaraq məktəb ilinin açılması ilə əlaqədar sürücələrə yollarda maksimum diqqətli olmağı, piyada keçidlərində hərəkətin piyada iştirakçılarına yol verməyi tövsiyə edirik.