Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti dayandırıldı
Bir müddət əvvəl “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Minval.info”ya bildirilib ki, məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında mütəxəssislər tərəfindən müvafiq qaydada araşdırılıb:
“Araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib”.
Rəsmi məlumata görə, bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib
https://www.youtube.com/watch?v=YRcVIa165AM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO
Azərbaycanda tələbədə yoluxucu xəstəli̇k aşkarlandı
Gültəkin Hacıbəyli saxlanıldı
Əvəz Zeynallı da Etibar Əliyevi məhkəməyə verdi: “Bu, sifarişdir”
Ata fermada ögey oğluna işgəncələr verdi: “Anası dedi, həyətdə basdıraq...”
