04.08.2026 - 12:32
Ölkə 22 baxış

Perseid meteor yağışı: Avqust gecəsi göydə ulduzların rəqsi baş tutacaq

Avqustun 13-də göy üzərində möhtəşəm bir mənzərə müşahidə olunacaq. Perseid meteor yağışı bu tarixdə ən yüksək aktivliyinə çatacaq.

Minval.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının verdiyi məlumata görə, bu hadisə Bakı vaxtı ilə səhər saat 06:00-da öz zirvəsinə çatacaq. Perseid meteor yağışı, “109P/Swift–Tuttle” kometinin buraxdığı toz və kiçik daş parçalarının Yer atmosferinə daxil olması ilə yaranır.

Bu meteorlar atmosferdə uzun işıq izləri buraxaraq digər meteor yağışlarından fərqlənir. Meteorların mənbəyi olan radiant Persey bürcündə yerləşdiyindən, bu hadisə Perseidlər adlanır. Bakıdan bu radiant gecə boyunca görünür və səhərə yaxın ən yüksək nöqtəyə çatır.

Ən yaxşı müşahidə üçün şəhər işıqlarından uzaq, qaranlıq bir yer seçmək məsləhətdir. Hava şəraiti əlverişli olduqda, avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə səhərə yaxın saatlarda onlarla, hətta yüzdən çox meteor müşahidə etmək mümkündür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: