02.08.2026 - 10:57
Ölkə 31 baxış

Pensiyaçıları sevindirəcək yenilik: İş stajı pensiyalara necə təsir edir?

Azərbaycanda işləməyə davam edən pensiyaçıların pensiyalarının yenidən hesablanması prosesi avtomatik olaraq həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən, artıq 1300-dən çox pensiyaçıya 6 illik iş stajı əsasında artım tətbiq edilib.

Minval.info xəbər verir ki, iqtisadçı və deputat Vüqar Bayramovun açıqlamasına görə, işləyən pensiyaçıların pensiya məbləği hər altı ildən bir yenidən hesablanaraq artırılır. Bu proses zamanı, altı il ərzində toplanmış pensiya kapitalı hesablanır və qanunvericiliyə uyğun olaraq 72-yə bölünərək mövcud pensiyaya əlavə edilir. Beləliklə, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiya kapitalı hər altı ildən bir avtomatik olaraq yenidən hesablanır və nəticədə pensiya məbləği artırılır.

Bu mexanizm, 2020-ci ilin avqust ayında pensiya hüququ əldə etmiş və işləməyə davam edən şəxslərin pensiyalarında növbəti ay artım olacağını göstərir. Çünki onların son altı ildə yığdıqları pensiya kapitalının 90 faizi qanunvericiliyə uyğun olaraq 72-yə bölünərək aylıq pensiyalarına əlavə ediləcək.

Deputat bildirib ki, bu proses tamamilə proaktiv şəkildə, vətəndaşın hər hansı müraciətinə ehtiyac olmadan elektron sistem vasitəsilə həyata keçirilir. Bu isə həm şəffaflığın, həm də səmərəliliyin artırılmasına xidmət edir və nəticədə işləməyə davam edən və pensiya kapitalı toplayan vətəndaşların pensiya məbləğlərində artımlar baş verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: