Penaltini boşa verənlər: Messi 1-ci, Ronaldu 2-cidir
“Transfermarkt” portalı XXI əsrdə penalti zərbələrini ən çox boşa verən futbolçuların siyahısını açıqlayıb.
“Report” xəbər verir ki, siyahıya İspaniya “Barselona”sının kapitanı Lionel Messi başçılıq edir. Argentinalı hücumçu 11 metrlik cərimə zərbələrinin 27-dən yararlana bilməyib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
İkinci sırada İtaliyanın “Yuventus” klubunun forvardı Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı oyunçu da 27 penaltini qola çevirə bilməyib. Buna baxmayaraq, onda bu nisbət daha aşağıdır.
İlk “3-lüy”ü İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Françesko Totti tamamlayır. Veteran hücumçu 19 dəfə penaltini boşa verib. Onunla eyni göstəriciyə malik İtaliya “Milan”ının forvardı Zlatan İbrahimoviç 4-cü pillədə yer alıb. Digər italiyalı veteran futbolçu Antonio Di Natale isə 5-cidir – 15 qeyri-dəqiq penalti.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq