Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə “Minval.info”ya Mərkəzdən bildirilib.

Qeyd edilib ki, hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Tbilisi prospekti – şəhər və “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

2. Alı Mustafayev küçəsi – “Velotrek”in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda sıxlıq;

3. Rövşən Cəfərov küçəsi – 3 mkr dairəsindən 20 yanvar dairəsinə qalxan yolda sıxlıq;

4. Ziya Bünyadov prospekti – Müzəffər Həsənov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

5. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

6. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

7. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

8. Heydər Əliyev prospekti – “Koroğlu” metrostansiyasının yanından şəhər istiqamətində köməkçi yolda sıxlıq;

9. Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

10. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq;

11. İstiqlaliyyət küçəsi – Azneft dairəsi istiqamətində sıxlıq;

12. Koroğlu Rəhimov küçəsi – ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq.