Payız yorğunluğu: Halsızlığın gizli səbəbləri açıqlandı
Payızın gəlişi ilə gün işığının azalması və yuxu rejiminin dəyişməsi bir çox insanda halsızlıq, yuxululuq və diqqət azalmasına səbəb ola bilər. Bu vəziyyət çox vaxt “payız yorğunluğu” kimi qiymətləndirilir.
Minval.info xəbər verir ki, payız aylarında artan yorğunluq müxtəlif sağlamlıq problemlərindən xəbər verə bilər. Lökbatan Tibb Mərkəzinin həkim nevropatoloqu Mehriban Qubadlı bildirir ki, davamlı yorğunluğu yalnız “payız yorğunluğu” kimi qəbul etmək düzgün deyil. Anemiya, dəmir və vitamin B12 çatışmazlığı, hipotireoz, diabet, yuxu apnesi, depressiya və digər səbəblər də araşdırılmalıdır.
Qidalanmaya diqqət etmək vacibdir. Nevropatoloq qeyd edir ki, yorğunluğun qarşısının alınması və orqanizmin ehtiyac duyduğu qida maddələrinin alınması üçün gündəlik qida rasionunda müxtəlif qida qruplarına yer verilməlidir. Zülal mənbəyi kimi yumurta, balıq, toyuq, ət və paxlalılar; dəmir mənbəyi kimi qırmızı ət, qaraciyər, mərcimək və ispanaq; vitamin B12 üçün isə ət, balıq, yumurta və süd məhsulları qəbul edilə bilər. Omega-3 üçün həftədə iki dəfə yağlı balıq yemək, həmçinin bol tərəvəz, meyvə və tam taxıllardan istifadə etmək, kifayət qədər su qəbul etmək faydalıdır. Səhər yeməyini buraxmamaq, çox şirin və yüksək karbohidratlı qidaları azaltmaq da tövsiyə olunur.
Mehriban Qubadlı, payız-qış dövründə vitamin D qəbulunun xüsusilə nəzərə alınmalı olduğunu vurğulayır. Böyüklər üçün profilaktik olaraq gündə 400-600 BV (10 mkq) qəbul edilməsi tövsiyə edilir. Lakin dəmir, B12 və fol turşusunu analizsiz rutin qəbul etmək məsləhət görülmür. Çatışmazlıq varsa, müvafiq dozada müalicə daha doğrudur. B12 çatışmazlığının özü də yorğunluq və əzələ zəifliyi yarada bilər.
Həkim vurğulayır ki, yorğunluq davamlıdırsa, ilkin yoxlama zamanı ümumi qan analizi, ferritin, vitamin B12, fol turşusu, 25-OH vitamin D, TSH, sərbəst T4 və T3 müayinələri aparıla bilər. Əgər yuxululuq çox güclüdürsə, gündüz yuxuya getmə, xoruldama və ya apnoe, səhər baş ağrısı, çəki dəyişməsi və ya əhval pozğunluğu varsa, səbəb ayrıca araşdırılmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aktyor Faiq Mirzəyev oğluna möhtəşəm toy etdi
Xəyalə Quliyeva qayda pozuntusuna görə cərimələndi
48 məktəb yeni tədris ilində distant təhsilə keçir
Bakıda dəhşətli qəza: Qadın həyatını itirdi
Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı
Məşhurların olduğu təyyarə təcili eniş etdi
İctimai nəqliyyatda yeni dövr: Brutto modeli gəlir