Paşinyanın həyat yoldaşı Azərbaycana səsləndi

Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşı – Anna Akopyan – “Qadınlar sülh naminə” təşəbbüsü çərçivəsində yenidən Rusiyaya gedəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Akopyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz artıq səfərə hazırlaşırıq. Bu kampaniya davam edəcək”, – erməni baş nazirin həyat yoldaşı deyib.
Anna Akopyan kampaniyası haqqında iyul ayında Moskvaya səfəri zamanı açıqlama vermişdi.
O qeyd edib ki, kampaniyanın əsas məramı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməkdir:
“Münaqişənin necə alovlandığı əhəmiyyətli deyil. Əsas bu münaqişəyə görə həyatlarını qurban verən gənclərin taleyidir”.
O, bu təşəbbüsün Azərbaycan qadınlarının da diqqətinə çatdırılmasını istəyib.
Rəsmi Bakı buna cavab olaraq bildirib ki, Qarabağda sülhün bərqərar olması üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı