"Pandemiyaya təşəkkür edirəm" - Yusif Mustafayev
Əməkdar artist Yusif Mustafayev koronavirusdan qorunması barədə danışıb.
Open.az xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi hər zaman ehtiyatlı davrandığını deyib:
“Qohumlarda hamı koronavirusa yoluxdu. Bircə məndə və ailəmdə olmayıb. Sükan etibarlı əllərdədir. Efirdən çıxan kimi maskamı taxıram, kənara getmirəm, birbaşa evə yollanıram. Dostlar zəng edir ki, oturaq çay içək. Deyirəm, sağlıq olsun. Evi dezinfeksiya etdirirəm. Evə çatanda ilk üstümü təmizləyir, əllərimi yuyuram”.
Y.Mustafayev koronavirusa təşəkkür də edib: “Pandemiyaya təşəkkür edirəm. Düzdür, ona təşəkkür düşmür. İnsanlar bir-biri ilə öpüşürdü, çatan kimi qucaqlaşırdılar. Artıq qurtardı. Elə ən yaxşısı indiki kimi yumruqla salamlaşmq, uzaqdan salam-sağ ol etməkdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır