Pandemiyaya sevinən Tunar: "Bəziləri havada uçurdu, endilər"
“Hər dəfə gedirəm ki, Türkiyədə mahnı çıxarım. Orada tanınıram və bəstəkar kimi sevilirəm. Məndən mahnılar istəyirlər. Gedirəm bir ay qalıram, adamlarla görüşürəm, amma iş görə bilmirəm. Qayıdıb gəlirəm vətənə”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Tunar Rəhmanoğlu “Xəbər-ətər” proqramında deyib. Sənətçi Türkiyə şou-biznesinə qatılmaq istəməsindən bəhs edib:
“Düşünürəm ki, burada doğulmuşam, yeni işlərim də buradan təqdim edilməlidir. Dünya işimizi azərbaycanlı kimi tanısın. On yeni mahnı ilə Türkiyə gündəminə oturmaq istəyirəm. İbrahim Tatlısəs “Səndən insaf dilər”i oxuduqdan sonra təkliflər almışam. Hazırda Sibel Can, Alişan məndən mahnı gözləyir”.
Tunar pandemiyadan danışaraq, onun xeyri olduğunu deyib:
“Ziyanından başqa xeyri də oldu. Həyat dəyişib. İnsanlar havalarda idi, qaza gəlirdilər. Hər şey enib aşağı, normallaşıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır