“Pandemiyada studiyamı bağladım, amma..." - Tünzalə Ağayeva
Xalq artisti Tünzalə Ağayeva “İzzət şou” verilişinin qonağı olub.
Minval.info xəbər verir ki, sənətçi pandemiyanın insanlar üçün gözlənilməz olduğunu bildirib:
“Pandemiya bizim gözləmədiyimiz hadisə oldu. Alışdığımız, hərəkətli səhnə fəaliyyətimiz dayandı. Artıq ikinci ildir ki, iqtisadi olaraq çətinlik yaşayırıq. Bütün dünyada artistlər pandemiya səbəbindən sənət istiqamətini dəyişdi. Peşəkarlar belə hadisələrdən faydalanmalıdır, əlini-qolunu sallayıb, depressiyaya düşməməlidir. Pandemiyada studiyamı bağladım, amma sənətimi davam etdirdim. Müharibə dövrü oldu, şəhidlərimizə, qələbəmizə aid mahnılar yazdım. “Şuşam mənim” mahnısı şəhidlərimizə həsr olundu. Müharibə bitməmişdi, amma mən hisslərə qapılıb “Gözün aydın, Qarabağ” mahnısını yazdım. Soruşurdular ki, ərkən deyil bu mahnını oxuyursan? Deyirdim, yox. Sonra “Əsgər sevgilim” mahnısını yazdım. Sıxıntılar olsa da, bəzi qurumlar, insanlar mənə dəstək oldular, bir neçə layihə ərsəyə gətirdim”.
Müğənni pandemiyada onu üzən hadisələrdən də danışıb:
“Artist həmişə səhnədə olmalıdır. Məni üzən məsələ dəyərli sənətçilərin ölkəni tərk etməsi, musiqi alətlərini satması, başqa işlərlə məşğul olması oldu. Onlar ölkədən getməsin, musiqi alətlərini satmasınlar. Allah hamımıza xeyirli qapılar açsın. Mədəniyyətimiz məhv olmasın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!