Pakistan vətəndaşı ölkəmizə heroin keçirməyə cəhd etdi - FOTO
Azərbaycana narkotik maddə keçirmək istəyən xarici vətəndaş tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) Open.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 1 kq-dan artıq heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb. Belə ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Pakistan İslam Respublikasının vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.
Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş – çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kq 118 qram təşkil edən narkotik vasitə – heroin aşkar edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı