Pərviz Şahbazov: "Yalnız bir enerji mənbəyindən asılı olan enerji təchizatının davamlılığı qeyri-realdır"
“Bu gün ekoloji problemlərin həcminin getdikcə daha çox artdığı bir vaxtda hökumətlərin davamlı enerjinin təhlükəsizliyini təmin etməklə yanaşı qəti enerji siyasətinə ehtiyacı var”.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji forumunda bildirib.
P.Şahbazov əlavə edib ki, mövcud enerji böhranı bir sıra problemləri üzə çıxarıb: “Mövcud enerji böhranının təsirləri də göstərir ki, enerji keçidi ilə bağlı sərt və tələsik siyasi ritorika enerji təhlükəsizliyi və ekoloji davamlılıq arasında daha sağlam tarazlıq nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir. Buna görə də, biz hamının enerjiyə çıxışını təmin etmək səylərimizlə yanaşı, bəşəriyyətin davamlı gələcəyi üçün qlobal məsuliyyət və öhdəliklərimizi də nəzərə almalıyıq”.
Onun sözlərinə görə, yalnız bir enerji mənbəyindən asılı olan enerji təchizatının davamlılığı qeyri-realdır: “Bərpa olunan enerji və hidrogenlə bağlı iddialı planlarımızı və məqsədlərimizi təxirə salmadan həyata keçirərkən, biz xalis sıfır emissiyaya səbəb olan digər yollardan yəni innovativ texnologiyaların təklif etdiyi imkanlardan, xüsusən də enerji səmərəliliyindən yararlanmalıyıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paytaxt yollarında tıxac var - ÜNVANLAR
DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxıldı
“Dövlət büdcəsinə süpürgə çəkirdilər” - Siyavuş Novruzovdan sərt sözlər
Bakı metrosunun iş rejimi uzadıldı
Bakı-Tbilisi qatarı Azərbaycanda qəzaya uğrayıb - Video - Açıqlama
Yeni nazir o oldu