Pərviz Mahmudovun ad günü hədiyyəsi - Video
Bu gün müğənni-bəstəkar Pərviz Mahmudovun ad günüdür.
Minval.info xəbər verir ki, sənətçi 39 yaşını qeyd edir. Pərviz doğum günündə yeni mahnısını və fotosessiyasını təqdim edib. Sözləri Nadoya, musiqisi sənətçinin özünə aid olan “Məndən olsaydı” adlı bəstəsini sevənlərinin ixtiyarına verib. Mahnının aranjımanı Rəşad Bağırov edib.
İfaçının fotolarını Ülvi Daşdəmirli çəkib.
Qeyd edək ki, P.Mahmudov “Yeni ulduz” layihəsinin iştirakçılarından olub. Uzun müddətdir bəstəkarlıqla məşğul olur. O, Xalq artistləri Aygün Kazımovanın “Alışdırma”, “Dənizin ortasında”, “Gəl, bax, gör”, Röyanın “Bəlkə də”, “Son görüş”, “Sil getsin”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta” , Günay İbrahimlinin “Səndən öncə, səndən sonra”, “İzlər” kimi sevilən mahnıların bəstəkarıdır.
https://www.youtube.com/watch?v=WB2kbfoFbAs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi