"Pərvini Kənana qısqanmıram" - Aygün
“Türkiyəyə gəzməyə gedirik. Kənan da buradadır, yeni mövsümdə qayıdacaq ora. Kənanın işlərinə qarışmıram. Onun şou-biznesdəki insanlarla münasibətinə, qalmaqallarına, gördüyü işlərinə qarışmıram. Ailəmdir, bir yana. Amma şəxsi işlərinə qarışmıram”.
Bu sözləri müğənni Aygün Mahmudova “5/5” verilişində deyib. O, rejissor-aktyor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavabsız qoyub. Aygün bildirib ki, ailəsi ilə bağlı məsələləri danışmağı xoşlamır.
Sənətçi aktrisa Pərvin Abıyeva ilə Kənan haqda çıxan şayiələrə də münasibət bildirib. O, aparıcısının “Sənə halaldır. Pərvini Kənana qısqanmırsan” sözlərinə belə cavab verib:
“Yox, ayıb deyil… Pərvini tanıyıram. Qısqanmaq yoxdur…”.
Qeyd edək ki, Pərvin Kənananın lentə aldığı üç filmdə rol alıb. Onlar “Maşın” şouda iştirak edərkən yaxın münasibətləri müzakirələrə səbəb olmuşdu.
axşam.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
