Pərvin Bakı aeroportunda yayılan videosundan danışdı: İçmişəm, yaxşı eləmişəm - VİDEO
Pərvin Abıyeva sosial şəbəkələrdə içkili halda yayılan görüntüsündən danışıb.
Görüntülərdə Pərvin və rəfiqəsinin hava limanında əllərində içki olduğu görülür.
Aktrisa Pərvin Abıyeva yayılan video haqda açıqlama verib. O içkili olduğunu etiraf edib: Mən 2 ay idi ki, Bakıda deyildim. Vətənə qayıtdığım üçün çox xoşbəxt idim, çox sevinirdim. Etiraf edim ki, içdiyimiz limon suyu deyildi. Təmiz İtalyanski ağ şərab idi. 2 bakal şərab içmişəm, bəlkə də içki düşkünü olmadığım üçün məni tez tutub. Həm də mən uşaq deyiləm, 28 yaşlı qadınam. Gəlişimlə son günlərdə baş verən bütün pis hadisələri unutdurduğum üçün sevindim. Dövlətin hava limanı, dövlətin təyyarəsidir. Gizlin eləməmişəm ki. Hər kəsin gözü önündə içmişəm. Siz heç vaxt içki içməmisiniz ki? Burada çəkinəcək nə var? İçki içmişəm yaxşı eləmişəm. Başqaları kimi min hoqqadan çıxmamışam, içki içib lüt oynamamışam, bakal sındırmamışam.
Pərvin rəfiqəsi Səmra ilə zarafatlaşdığını deyib: “Bizim əhvalımız yaxşı idi və rəfiqəmlə zarafatlaşırdıq. O da baqajın gec gəldiyini görüb, baqaj gələn yerə çıxıb, baqajını axtarırdı. Qorxdu ki, baqajı itib. Burada böyüdüləcək heç nə yoxdur. O qız çox çılğın qızdır, onu tanıyan hər kəs bunu bilir. Özü də biz bu zarafatı biznes klasda etmişik, hamının içində yox”.
Pərvin sosial şəbəkə istifadəçilərinə də səslənib: “Yaxşı olar ki, belə cılız məsələlərə deyil, daha ciddi hadisələrə belə həssas yanaşsınlar. Ancaq faktdır ki, mənim hər addımım xəbər olur. Artıq aeroporta enməyim də gündəmə çevrilir”.
Azxəbər.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni mövsümdə ARB-dən gedənlər, verilişi dəyişənlər - Siyahı
Gülşənin dekolteli paltarı gündəm oldu - Fotolar
Gülay Zeynallı “Məşədi xanım” oldu - FOTOLAR
"Qardaşlarımın toyunu Ağdamda edəcəm" - Röya
"Məndən sonra dostlarım da Hülya Avşarla eşq yaşamaq istəyirdi"
Səmra Rəhimlidən söyüşlü və erotik klip - VİDEO