“Pərdə” filminin dördüncü hissəsi çəkilir
“Pərdə” filmlərinin rejissoru Emil Quliyev yeni layihəyə start verir.
O, hər üç filmin aktyor heyətindən ibarət ekran işinin çəkilişlərinə başlayır.
“Pərdə Arxası” adlanacaq yeni layihə dram və psixoloji triller janrındadır. Filmin ssenari müəllifləri Nicat Muxtarov, Nurlan Həsənli və Emil Quliyevdir.
Baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandıracaq. Həmçinin ekran işində Fəridə Şahbazlı, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova kimi aktrisalar da çəkiləcək.
Filmin çəkilişləri, Bakı, Quba və Xaçmaz rayonunlarında reallaşacaq. Çəkilişlərə gələn aydan start veriləcək filmin, premyerası da bu ilə planlaşdırılıb.
Qeyd edək ki, E.Quliyev bu trilogiyaya aid olan “Pərdə”, “İkinci pərdə” və “Sonuncu pərdə” filmlərini ekranlaşdırıb.
(Axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır