"Özünüzü yığışdırın, yerinizdə oturun, elə şeylər var ki..." - Cavanşir qəzəbləndi (Video)
“Dünya şou-biznesində “Rolls Royce” sürən bir mən olmuşam, bir də futbolçu Kriştiano Ronaldo”
Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan “Show news” proqramında illər əvvəl milyon dollara aldığı deyilən “Rolls Royce” avtomobilindən danışıb.
Minval.info xəbər verir ki, Cavanşir avtomobilinin qiymətinə görə tez-tez tənqid edildiyini dilə gətirib:
“Qoy, birdəfəlik qulaqlarını açıb eşitsinlər, sonra bir daha danışmasınlar. Dünya şou-biznesində “Rolls Royce” sürən bir mən olmuşam, bir də futbolçu Kriştiano Ronaldo. Nəyim var idi, toplayıb, o maşını aldım ki, qoy, musiqimin, sənətimin hörmətini erməni də, düşmən xalqlar da qansın.
Bunu şişirtdilər, dedilər ki, maşına milyon dollar pul verib. Bir milyonu verəndə yanımda idiniz? Bəlkə, onun içərisinə bir milyon da qoyub, mənə bağışlayıblar? Onun işlənmişi yarım milyondur”.
Məmmədov onu tənqid edənlərə efir vasitəsi ilə ismarıc yollayıb:
“Özünüzü yığışdırın! Bilin, kimlə, necə, harada… Arxivdə elə şeylər var ki, onlar açılsa, çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır