Özünü körpələri ilə binadan atan qadının son vəziyyəti AÇIQLANDI
“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan qadın övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.
“Minval.info” xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib.
O qeyd edib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:
“Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.
Qeyd edək ki, iyulun 19-da qadın iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qara dənizdə dron hücumu: İki azərbaycanlı həlak oldu
Rusiyada azərbaycanlı bacı-qardaş faciəvi şəkildə öldü
Şəmkirdə istixanada yanğın: FHN operativ müdaxilə etdi
Marketdə çörək rəfində ilan təlaş yaratdı
Şəkidə ziplayn faciəsi: Mərkəzdən ilk açıqlama
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir