"Özümüzü biabır edirsiniz, övladlarımıza dəyməyin"
“Yaxın dostuma başqa müğənninin videosunu atmışdım, lağa qoymuşdum. O da məni satmışdı. Dilarə mənə arada irad bildirir. Hər gün İnstaqramda hamıya baş çəkirəm, nə edirlər, neçə saat əvvəl paylaşıblara kimi baxıram. Bir də rəyləri oxuyuram. Bizim ağlımıza gəlməyənləri rəydən oxuyub bilirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Xəbər-ətər” proqramında deyib. Sənətçi bütün həmklarlarını İnstaqramda izlədiyini etiraf edib. O bildirib hamıya yazılan şərhlər onun üçün maraqlıdır.
Xatun həmkarlarına səslənərək, övladlarını gündəmdən uzaq tutmalarını deyib:
“Sənət adamlarının üstünə gedəndə pis nəticələnir. İlhamə Quliyeva, Anar Nağılbazda görmüşük bunları. Elə xəbər yayılar ki, övladımız travma alar. Məncə övladlarımızı sosial şəbəkədən kənar saxlamalıyıq, qorumalıyıq. Özümüzü sosial şəbəkədən qoruya bilmərik. Övladımızı efirdən, sosial şəbəkədən qorumağa gücümüz çatır. Özümüzü biabır edirsiniz, balalarımızı etməyin. Müğənnilərə səslənirəm ki, uşaqlarınızı sosial şəbəkədən qoruyun. Düşmən insanı gəlib hər yerdən vura bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!