"Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim" - Tünzalə
“Niyə bu illərimi itirdim? Çox heyif… Şarmım, gözəlliyim, hər şeyim köklüyümlə getdi. Elə bil insanların, televiziyaların mənə olan ehtiyacı onunla bitdi”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Söhbət var” verilişində deyib. Xərçəngdən əziyyət çəkən aktrisa yaşadıqlarından bəhs edib. O, arıqlamaq üçün əziyyət çəkməsinə peşman olduğunu etiraf edib:
“Bəzi məqamlar var ki, insanın yaddaşından heç vaxt getmir. Saçlarımı qısa kəsdirdim və hörük etdirdim. Dedilər üç-dörd gün gedəcək. Səhər durdum ki, hörüklər yastığımdadır. Yoldaşıma dedim ki, keçəl olsam pis olmazsan? Dedi yox. Getdim kimyaterapiya aldım, qayıdanda gördüm ki, Röyal başını keçəl edib. Qızım üç gün depressiyaya düşdü. Hər gün soruşurdu ki, saçınız hanı? Ağır bir dönəmlərdən keçdim. Səkkizinci mərtəbədə yaşayıram, çıxırdım eyvana ki, özümü atım. Deyirdim, at özünü, bəsdir… Ayağımı qaldırırdım, sonra qışqırırdım ki, Röyal gəl ayağımı aşağı sal. Çünki ayağımı aşağı salmaq gücündə deyildim”.
https://www.youtube.com/watch?v=wfdyhEoMcVM&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
