"Özümü pulla piar etmirəm" - Sevda "O səs Türkiyə" haqda
“Mənim üçün xoşdur ki, xarici ölkədə həmkarlarım adımı çəkir, tərifləyir. Məni tanıyırlar, sənətimdən xəbərdardılar. Daha xoşdur ki, xaricdə mahnılarıma müraciət edilir”.
Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Sevda Ələkbərzadə deyib. Müğənni “O səs Türkiyə”də müğənni Murat Bozun onun haqda danışmasından və Ayşenur Gül adlı qızın ifasından bəhs edib:
“Oxuyan qız azərbaycanlı deyildi. Oxu tərzini məndən öyrənib mənə də oxşamalı idi. İnstaqramda mənə bir çox dövlətdən musiqiçilər yazır. Ötən il İngiltərəyə “Elə demə” mahnımın “playback”ını göndərmişdim. Həmin xanım mahnımla Londonda universitetə daxil olmuşdu. Bu mahnını 10 il əvvəl oxumuşam, hələ də aktualdır. İllər əvvəl bunu oxuyanda, bəziləri başa düşmürdü. Deyirdim ki, bu, qalacaq”.
Ələkbərzadə Türkiyədə tanınsa da, oranın şou-biznesinə can atmadığını bildirib:
“Heç vaxt özümü pulla piar etməmişəm, bazar üçün çalışmamışam. Nə Türkiyədə, nə Azərbaycanda pullu piar etdirmirəm. Bundan sonra bilmirəm necə olacaq. Yetər ki, sənətin yaxşı olsun. Hamı gəlib səni tapacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur ulduzlar makyajdan əvvəl və sonra – FOTOLAR
“Müğənnilərin 70 faizdən çoxu kredit ödəyir”
"Arzumdur ki, oğlumun dörd həyat yoldaşı olsun"
Rüstəm Cəbrayılov nişanlandı
"Həyat yoldaşlarımdan qalan əmlakı satıb uşaqlarımı oxutdurdum"
Dilarə hələ belə açıq-saçıq geyinməmişdi - FOTO