Özbaşına uşaq dünyaya gətirdi, körpəni eyvandan birinci mərtəbədəki terrasa atdı - FOTO

Türkiyənin İstanbul şəhərinin Beylikdüzü bölgəsində tükürpədən hadisə baş verib.
BAKU.WS “Haber Global”a istinadla xəbər verir ki, təkbaşına uşaq dünyaya gətirən Liviya vətəndaşı olan əcnəbi qadın körpəni evin eyvanından birinci mərtəbədəki terrasa atıb. Dəhşətli hadisədə körpə dünyasını dəyişib.
İddiaya görə, hamilə olduğu öyrənilən Liviya əsilli 39 yaşlı A.K.M. 2 ay əvvəl anası və ögey atası ilə birlikdə ölkəsindən Türkiyəyə gəlib. Hamiləliyini ailəsindən gizlədən qadın uşağı otaqda təkbaşına dünyaya gətirib.
A.K.M. ölü doğulduğunu bildirdiyi körpəsini yaşadıqları mənzilin eyvanından binanın birinci mərtəbəsindəki terrasına atıb.
İddiaya görə, bir müddət sonra binada qarğalar toplaşıb. Terrasa atılan körpənin cansız bədəninə doğru qarğa sürüsünün uçduğunu görən mənzil sakinləri bina rəhbərliyinə, sonra isə polisə məlumat veriblər.
Liviya əsilli qadın polislərə ölkəsində liviyalı bağbanlar tərəfindən cinsi istismara məruz qaldığını və ölü doğulduğunu düşündüyü körpəni terrasa atdığını bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı