Özəl bağçalar üçün yeni maliyyələşmə modeli: Valideyn, dövlət və özəl sektor əl-ələ verir
Məktəbəqədər təhsil sahəsində valideyn, dövlət və özəl sektor arasında maliyyələşmə mexanizmi ilə bağlı müsabiqənin müzakirəsi aparılıb. Bu məqsədlə özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş təşkil olunub.
Minval.info xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, həmçinin Elm və Təhsil Nazirliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq nümayəndələri iştirak ediblər.
Kənan Kərimzadə çıxışında məktəbəqədər təhsilin uşaqların inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. O, erkən yaşlarda təhsilə qoyulan investisiyanın gələcəkdə cəmiyyət üçün daha böyük faydalar gətirdiyini bildirib. Nazir müavini əlavə edib ki, beynəlxalq qiymətləndirmələr məktəbəqədər təhsil almış uşaqların sonrakı təhsil göstəricilərinin daha yüksək olduğunu təsdiqləyir.
ƏLAQƏLİ
Ağdaşda 17 yaşlı qızın toyu polis müdaxiləsi ilə dayandırıldı: Valideynlərə xəbərdarlıq edildi
O, həmçinin valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığa əsaslanan maliyyələşmə mexanizminin özəl müəssisələr üçün yeni imkanlar yaradacağını və məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Daha sonra Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva müsabiqənin şərtləri, iştirak qaydaları və maliyyələşmə mexanizmi barədə iştirakçılara ətraflı məlumat verib.
Görüş müzakirə və sual-cavab formatında davam edib. İştirakçıların sualları cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib.
ƏLAQƏLİ
Xalq artisti gülyaz məmmədovadan gənc müğənnilərə məsləhət: Həyat yoldaşınızın istəmədiyi işi görməyin
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ceki çanın Bakıda çəkiliş macərası: Kaskadyorluq zamanı zədələndi
Səfərbərlikdə rüşvət qalmaqalı: Yüksək rütbəli zabitlər məhkəmə qarşısında