Özəl bağçalar üçün dövlət dəstəyi: Yeni şərtlər və imkanlar nələrdir?
Özəl məktəbəqədər təhsil müəssisələri üçün dövlət dəstəyi almaq məqsədilə yeni şərtlər müəyyən edilib. Bu şərtlər, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinə uyğun olaraq keçiriləcək müsabiqənin əsasını təşkil edir.
Minval.info xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən özəl bağçaların təqdim etdiyi layihələr 100 ballıq sistem əsasında qiymətləndiriləcək. Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı kimi meyarlar nəzərə alınacaq. Ən yüksək bal toplayan layihələr müsabiqənin qalibi olacaq.
Bundan əlavə, müsabiqəyə qatılmaq istəyən özəl məktəbəqədər təhsil müəssisələri üçün müəyyən texniki və təşkilati tələblər də mövcuddur. Tədris otaqlarında müşahidə kameralarının quraşdırılması və onların fasiləsiz fəaliyyəti təmin edilməli, kameralara dair giriş məlumatları Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.
Bu yeni tələblər, dövlət dəstəyi mexanizminin şəffaflığını artırmaq, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitini təmin etmək və dövlət-özəl sektor əməkdaşlığını daha səmərəli təşkil etmək məqsədini daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!