Özəl bağçalar üçün dövlət dəstəyi: Valideynlər üçün böyük fürsət!
Özəl bağçalara dövlət tərəfindən qismən maliyyələşmə üçün sənəd qəbulu prosesi başlayır. Bu təşəbbüs, Elm və Təhsil Nazirliyinin 2026-cı il 17 iyul tarixli qərarına əsasən həyata keçirilir.
Minval.info xəbər verir ki, müsabiqənin məqsədi, 2026/2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelini tətbiq etməkdir.
Müsabiqədə iştirak etmək hüququna malik olanlar, “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən lisenziya almış özəl məktəbəqədər təhsil müəssisələridir. Sənəd qəbulu 5 avqust 2026-cı il tarixindən 20 avqust 2026-cı il tarixinədək https://anket.edu.az/user/364 saytında aparılacaq.
Müsabiqənin keçirilmə qaydaları, tələb olunan sənədlər və layihə təkliflərinin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumatlar xüsusi şərtlər toplusunda təqdim edilir. Bu müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində 8000 təhsilalanın maliyyələşdirilməsi planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!