"Oyunçularımın hamısı qəhrəmandır" - 7 qol vurulan oyun - Video
“İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. “Mançester Siti”ni gözəl oyuna görə təbrik edirəm. Ammma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Tottenhem”in baş məşqçisi Maurisio Paçettino Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə cavab oyunundan (3:4) sonra deyib.
“Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. “Mançester Siti”yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadır. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir” – deyə o bildirib.
M.Poçettino Sterlinqin ofsayt səbəbindən ləğv edilən qolu zaman düşüncələri haqda da danışıb: “Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik”.
Qeyd edək ki, “Tottenhem” iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı