"Oxuyan kimi polis çağırıb cərimə yazır"
“Elə dövrdür ki, oxuya bilmirik. Oxuyan kimi, çağırıb cərimə yazırlar. Qəribə bir dövrdəyik, çıxıb oxuyursan, polis yığır ki, gəl bura. Musiqiçiləri yığıb məşq də edə bilmirəm. Deyəcəklər, sosial məsafə qorunmayıb. Heç yerdə oxumaq olmaz”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov İnstaqramda canlı yayımda deyib. Sənətçi bir müddət əvvəl istirahət mərkəzlərindən birində səhnəyə çıxması və karantin qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirib:
“Bu qaydalar ancaq müğənnilərə aiddir? Marketə gedirəm, işçilər maska taxmır. Bu yaxınlarda marketdə baxıram ki, kassada təcili yardım işçiləri dayanıb, maska, əlcək yoxdur. İstədim sosial şəbəkədə paylaşım, sonra etmədim. Avtobuslarda insanlar bir-birinə yapışır, məsafə qorunmur”.
Özü üçün həyət evi alıb, orada yaşadığını deyən Kərim bildirib ki, binada qala bilmir:
“Yeni tikilidən ev aldım, həyatımın ən qara günləri idi. Yuxarıda gəzənlər, yan qonşu… Hamının səsi evin içində idi. Qonşu uşaqlarını gündə söyürdü. Eşitmədiyim söyüşləri eşitdim. Ana balanı, bala ananı söyür. Ömürboyu həyət evində yaşayan adam üçün çətin idi. Hamı səni izləyir: evə neçə nəfər gəldi, qadın, kişi, uşaq sayırdılar. Bina evini elə bil özümə türmə almışdım. Liftə minəndə qonşular bütün şou-biznesi, qazandığımız pulu soruşurdu: doğrudur Aygünlə Namiq ayrılıb? Siz rahat pul qazanırsınız…”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!