“Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur”
Minval.info // “Musiqiyə zövq üçün yox, peşəkar olaraq qulaq asıram. Bu gün Azərbaycanda gedən prosesləri nə tənqid, nə də tərif edirəm. Ritmdən çıxan çoxdur. Əlində dəf muğam oxuyur, amma ritmdən xəbəri yoxdur. Özü də Xalq artistidir. Öyrənmək lazımdır”.
Bu sözləri “Natiq” ritm qurupunun rəhbəri, Xalq artisti Natiq Şirinov “X maqazin”ə danışarkən deyib. O, proqramda incəsənət aləmini sərt bir şəkildə tənqid edib. N. Şirinov qeyd edib ki, muğam ifaçılarının əksəriyyəti ritmdən xəbərsizdir:
“Gah bir-birini tərifləyirlər, gah da dalaşırlar. Biri var sənət, biri də var meymunluq, söz-söhbət şousu…Kimisi maşınını, kimisi də evini göstərir. Elə ifaçı var ki, muğam oxuyur, görür ki, əl çalan yoxdur. Zilə qalxır, qışqırmağa başlayır. İnsanlar onun qışqırmağını alqışlayır. Oxumaq qışqırmaqdırsa, eşşək hamıdan yaxşı oxuyur. Evinin soyuducusu dolsun deyə mahnı yazan insanlar var. Ayıbdır, Allah onları bu dövlətdən silsin”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!