Fələstində məşhur arxeoloqun qətlinin sirri: Torpaq münaqişəsi izi
1938-ci ildə Fələstində qətlə yetirilmiş britaniyalı arxeoloq Ceyms Lesli Starkinin ölümünün arxasında torpaq münaqişəsinin dayandığı ehtimal olunur. Publika.az-ın məlumatına görə, yeni araşdırma Starkinin ölümünün təsadüfi quldur hücumu deyil, arxeoloji qazıntılar zamanı yerli torpaq sahibləri ilə yaranan münaqişə ilə bağlı məqsədli sui-qəsd ola biləcəyini ortaya çıxarıb.
Araşdırmanı həyata keçirən Qüds İvrit Universitetinin professoru Yosef Qarfin kel və Van Lir İnstitutunun tarixçisi Roy Marom Britaniya arxivlərini, kəşfiyyat sənədlərini və Fələstinin keçmiş sakinlərinin nəsillərindən toplanmış şifahi şahidlikləri analiz ediblər. Nəticələr “Bulletin of the History of Archaeology” jurnalında yayımlanıb.
Ceyms Lesli Starki 1932-ci ildən Fələstindəki qədim Laçiş şəhərində arxeoloji qazıntılara rəhbərlik edirdi. 1938-ci il yanvarın 10-da Qüdsdə Arxeologiya Muzeyinin açılışına gedərkən avtomobili Xevron yaxınlığında silahlı şəxslər tərəfindən saxlanılıb və o, güllələnib.
ƏLAQƏLİ
Oxçuoğlu - adı dəyişdirilən, sakinləri qovulan, izləri silinməyən Qərbi Azərbaycan kəndi
Britaniya hakimiyyəti hadisəni quldur basqını kimi qiymətləndirsə də, araşdırma yeni mənzərəni üzə çıxarıb. Məlum olub ki, arxeoloji ekspedisiya ərazidəki kənd təsərrüfatı torpaqları ilə bağlı yerli mülkədarlarla münaqişə yaşayıb. Torpaqlar Britaniya hakimiyyəti tərəfindən müsadirə edilib, lakin kompensasiyalar gecikdirilib.
Araşdırma göstərir ki, torpaq mübahisələri və kompensasiya məsələləri qətli motivasiya edə bilərdi. Lakin qətlin birbaşa iştirakçısının etirafı və ya hadisənin bütün detallarını təsdiqləyən sübutlar hələ də yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ardanış kəndinin azərbaycanlı əhalisinin tarixçəsi araşdırılıb
La Navidad qalası: ilk İspan məskəninin sirri hələ də açılmayıb
Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü