“Övladlığa götürdüyüm qız anası ilə evimi soydu” - Roza Zərgərli ağladı
“Öz qızımın 3 yaşı olanda Natavan adlı qızı övladlığa götürdüm. Əslində rus adı idi, dəyişdim. Öz qanından olmayana daha çox əmək sərf edirsən. Övladlığa götürdüklərim doğma qızımla eynidir. Nəvəmi hamısından çox istəyirəm. Onun süd qoxusunu 4 övladıma dəyişmərəm. Halbuki, bioloji olaraq doğma nəvəm deyil”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “5/5” verilişində qonaq olarkən deyib.
Sənətçi övladlığa götürdüyü qızla bağlı başına gələn hadisəni danışıb: “Uşaqlarımı gözütox böyütmüşəm. Maddiyyat onları xoşbəxt etmir. Ona görə Natavanın ad gününə mənəvi hədiyyə vermək istədim. Qızım da tez-tez soruşurdu ki, niyə məni atıblar? Anasını axtarıb tapdım və rəfiqəm kimi ona təqdim etdim. Bir qadın kimi qısqanclıq hiss edirdim ki, sənə canımı verirəm, niyə doğma ananı axtarırsan? Ona görə də qadını axtarıb tapdım. Natavanın ad günündə ona dedim ki, anandır. Anasının zahiri görünüşünü bəyənməsə də, münasibət qurdular. Klip təqdimatım ərəfəsində evə qayıtdım ki, qapı açıq, heç kim yox və ev qarət edilib. Hər şey balalarıma qurban. Onlardan biri xəstəxanaya düşəndə Allaha dua etmişəm ki, özümünkünü apar, buna dəymə. O demək deyil ki, öz övladımı çox istəmirəm, istəyirəm. Sadəcə, bu birilər əmanətdir. Həmin hadisədən sonra depressiyaya düşdüm, özümə qapandım. Bəzi şeylər səni sındırır, heç nə gözündə görünmür. Beş il sənətdən uzaqlaşdım. 7 il sonra qızı yenidən qəbul etdim”.
R.Zərgərli bildirib ki, həmin ərəfədə intihar belə, etməyi düşünüb: “Hətta elə olurdu ki, nə isə problem yaşananda onu yox, doğma qızım Bənövşəni döyürdüm. Ürəyimi nəvəmə verərəm. Amma peşman deyiləm… Ona sual verdim ki, axı niyə? Qayıtdı ki, sən mənim doğma anam deyilsən… Ona görə pis oldum. Tanrıya bir şeydə şükür və təşəkkür edirəm ki, qızım Bənövşədir. O biri uşaqlara deyirəm ki, siz Bənövşənin yerində olsaydınız, bunu qəbul etməzdiniz. O, bir dəfə də deməyib ki, niyə bunlara edirsən, mənə yox? Hər şey hamıya eyni qaydada edilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi