Ötən il mehmanxanalar nə qədər gəlir gətirib?

Ötən il Azərbaycanda olan mehmanxanaların gəlirləri 2016-cı illə müqayisədə 18,2% artaraq 283,7 mln. manat olub.
Dövlət Statistika Komitəsindən Mİnval.İnfo-ya verilən məlumata görə, gəlirlərin 67,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,0%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Gəlirlərin 191,8 mln. manatı (67,6%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3% artaraq 981,0 min nəfər olub. Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları 14,4%, Böyük Britaniya vətəndaşları 8,1%, Türkiyə vətəndaşları 7,3%, İran vətəndaşları 7,2%, ABŞ vətəndaşları 3,0%, Ukrayna vətəndaşları 2,3%, Almaniya vətəndaşları 2,2%, İtaliya vətəndaşları 1,8%, Gürcüstan vətəndaşları 1,5%, digər ölkələrin vətəndaşları 52,2% təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB