Ötən gün 123 cinayət faktı qeydə alınıb
2018-ci il dekabr ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 123 cinayət faktı qeydə alınmış, onların da 12-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətinaçılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib
Baş Prokurorluq ƏƏSMN-lə bağlı cinayət işləri barədə açıqlama yaydı
Prezident nazirləri bir araya topladı
Nizami rayonuna yeni icra başçısı təyin olunub
Mədəniyyət müəsisələrində korrupsiya faktı
4 nəfərin öldürülməsi olayı: Baş Prokurorluq və DİN birgə məlumat yaydı
Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi