Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq olarmı?
Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?
İslam.az bildirir ki, bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir.
Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq